Ukrayna 180-dən çox yaşayış məntəqəsini təxliyə edəcək
Ukrayna hakimiyyəti Sum vilayətində (Kurskla həmsərhəd) 183 yaşayış məntəqəsinin əhalisini evakuasiya etmək niyyətindədir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sum vilayətinin 20 kilometrlik sərhəd zonasında bütün kateqoriyadan olan şəxslərin hərəkətini qadağan edib.