Ukrayna Belqorodu vurdu: dağıntılar var

Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib.

Ukrayna Belqorodu vurdu: dağıntılar var
Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib:

"Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb".