Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar
Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.
"Xüsusi əməliyyat çərçivəsində şəxsi heyət yarımada ərazisinə çıxıb. Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Donanması ilə birgə xüsusi əməliyyat keçirib, tapşırıqlar yerinə yetirilib, şəxsi heyət arasında itki yoxdur. Xüsusi əməliyyat davam edir. Qarşı tərəfin şəxsi heyəti arasında, eləcə də qüvvələrində və vasitələrində itkilər var. İtkilərə dair məlumat dəqiqləşdirilir", - o deyib.