Ukrayna ordusu Donetskdəki bazarı vurdu: 13 ölü var - VİDEO - FOTO
Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, raketlərdən bir neçəsi şəhərdəki bazara düşüb.
Donetsk separatçılarının rəhbəri Denis Puşilin bildirib ki, zərbələr nəticəsində 13 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.