Ukrayna ordusu Yəhya kilsəsində: ruslar mühasirədə...
Ukrayna Silahlı Qüvvələri Maxnovkada Psel çayının şərq sahilinə, Baptist Yəhya kilsəsinin yaxınlığına qədər irəliləyib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Yan Matveyev məlumat verib.
O bildirib ki, Ukrayna ordusu Suca şəhərinin ortasından keçən Psel çayını adlayıblar:
"Əgər rus qoşunları həqiqətən şəhərin mərkəzindədirsə, demək ki, orada mühasirəyə düşüblər".