Ukrayna Putinin adamı olan erməniyə 10 il həbs cəzası kəsdi
Ukrayna məhkəməsi rusiyalı radio və teleaparıcı, bloqqer, erməni əsilli Armen Qasparyanı əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan qiyabi məhrum edib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SSU) məlumat yayıb.
Qeyd olunur ki, Qasparyan "millətsizləşdirmə ideoloqu" hesab olunur, çünki məhz o, bu termini populyarlaşdıraraq, 2022-ci ilin tammiqyaslı işğalından xeyli əvvəl Ukraynaya hücum kontekstində istifadə etməyə başlayıb.
Departament qeyd edib ki, Qasparyan 2018-ci Ukrayna dövlətinin qeyri-sabitliyi ilə bağlı yalan şayiələr yayıb və Rusiya rəhbərliyini Ukraynaya hərbi hücuma keçməyə çağırıb.
Qasparyan Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinib: soyqırımına ictimai çağırışlar, o cümlədən soyqırımına çağırışlarla bağlı materialların hazırlanması, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi və ya dövlət hakimiyyətinin ələ keçirilməsi, Ukraynanın ərazi bütövlüyünə qəsd məqsədi daşıyan hərəkətlər.
2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin Qasparyanı Rusiya İctimai Palatasına daxil edib.