Ukrayna Rusiyanı HİMARS-la vurdu: ölənlər var
Ukrayna ordusu Kursk vilayətinin Rılsk şəhərinə zərbə endirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində biri uşaq olmaqla, 6 nəfər həlak olub.
Xinşteyn hücumun HİMARS-la həyata keçirildiyini, hədəfin isə mülki şəxslər olduğunu bildirib.