Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Britaniya

Ukraynanın Britaniya silahları ilə Rusiyanın daxilindəki hədəfləri vurmaq haqqı var.

Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Britaniya
Ukraynanın Britaniya silahları ilə Rusiyanın daxilindəki hədəfləri vurmaq haqqı var.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Röyters"ə deyib.

"Rusiya Ukraynanın daxilində hədəfləri vuranda, Ukraynanın nə üçün özünü müdafiəyə ehtiyacı hiss etdiyini anlaya bilərsiniz", - deyə Kemeron bildirib.

O, Böyük Britaniyanın Ukraynaya ehtiyac olduğu müddətdə illik 3 milyard funt-sterlinq (3,74 milyard dollar) yardım göstərməyə davam edəcəyinə söz verib.