Ukrayna səfərbərlik müddəti uzadıldı
Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb.
meqale.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
Müddət daha 90 gün - 2025-ci il noyabrın 5-dək uzadılıb.
Rada 13471 və 13472 saylı iki qanun layihəsinə səs verib. Hərbi vəziyyətin və səfərbərliyin davam etdirilməsinin lehinə 320 xalq deputatı, bir deputat isə əleyhinə çıxıb.