Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı

Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya mümkün ekstradisiyası məsələsi üzrə məhkəmə prosesi gözlənilir.

Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı
Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya mümkün ekstradisiyası məsələsi üzrə məhkəmə prosesi gözlənilir.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Buenos-Ayresdəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nataliya Pustovalova "RİA Novosti"yə bildirib.

"Səfirliyə Ezeiza Beynəlxalq Hava Limanında polisdən rəsmi bildiriş daxil olub ki, yanvarın 30-da Ukrayna İnterpolunun sorğusu əsasında ailəsi ilə birlikdə Argentinaya turizm məqsədi ilə gələn Rusiya vətəndaşı İ.İ.Çurkinin saxlanılıb.

Yaxın 45 gün ərzində məhkəmə iclası keçiriləcək və orada rusiyalının Ukraynaya ekstradisiya edilib-edilməməsi ilə bağlı qərar veriləcək", - Pustovalova bildirib.