“Ukrayna Xarkovu bu halda itirə bilər”
"Ukrayna 2 ədəd "Patriot" hava hücumundan müdafiə sistemini əldə etməzsə, Xarkovu itirə bilər".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın "ABC" telekanalına müsahibəsində deyib.
"Bizə 2 "Patriot" sistemi lazımdır. Biz onlara sahib olsaq, Rusiya Xarkova nəzarəti ələ keçirə bilməyəcək", - deyə Zelenski qeyd edib.