Ukraynada müharibədə bu qədər uşaq ölüb
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində ölən ukraynalı uşaqların sayı 509-a çatıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, ötən ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində bu günədək Ukraynada 509 uşaq ölüb, 1139-dan çox uşaq yaralanıb.