Ukraynadan Gerasimovun ölümü ilə bağlı məlumata münasibət

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yanvarın 4-ü Krıma hücum zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Budanov yerli telekanalların birində bu məsələ barədə danışarkən deyib:

"Belə desək, mən bunu təsdiq edəcək məlumata sahib deyiləm".

Gerasimovun ölümü ilə bağlı məlumat rəsmi olaraq təsdiq və yaxud təkzib edilməsə də, Rusiya Müdafiə Nazirliyinə yaxın "Война с фейками" teleqram kanalı bunu feyk adlandırıb.