Ukraynanı humanitar fəlakət gözləyir - Simson

Rusiya Ukraynanın qış üçün ehtiyac duyduğu enerji gücünün yarısını məhv edib və ya ələ keçirib, müttəfiqlər yardıma əl atmasalar, ölkə humanitar fəlakətlə üzləşə bilər.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson "Faynənşl Tayms" üçün yazdığı məqaləsində deyib.

"Gələn qış Ukrayna xalqı dözümlülüyünü İkinci Dünya Müharibəsindən bəri qitəmizdə görünməmiş şəkildə sınayacaq.

Son aylarda Rusiyanın mülki enerji infrastrukturuna hücumları nəticəsində elektrik stansiyaları, istilik məntəqələri, ehtiyat generatorları və anbar obyektləri məhv edilib.

Bu günə qədər Rusiya Ukraynanın istehsal etdiyi təxminən 9 GVt elektrik enerjisini məhv edib və ya ələ keçirib. Bu, Ukraynanın qışda tələb duyduğu elektrik enerjisinin yarısıdır",- o bildirib.

Simson xəbərdarlıq edib ki, vəziyyət dəyişməsə, qış ayları ölkəyə əsl humanitar fəlakət gətirəcək.