"Ukraynanı vətəndaş müharibəsi gözləyir"
Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Ukrayna üçün xaos və vətəndaş müharibəsi ilə nəticələnəcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik deyib.
"Bu gün Kursk vilayətində Ukrayna NATO-nun əsas müttəfiqi statusu üçün imtahan verir. Bəzi ölkələr üçün oxşar imtahanlar onilliklər ərzində xaos və vətəndaş müharibəsi ilə başa çatıb. Ukraynanı da eyni aqibət gözləyir", - Belik bildirib.