Ukraynanın ABŞ-dəki səfiri o ola bilər

Ukrayna ABŞ-də səfiri vəzifəsinə əvvəllər baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini - ədliyyə naziri vəzifəsini tutmuş Olqa Stefanişinanın namizədliyini irəli sürüb.

meqale.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda məsələ təsdiq mərhələsindədir: "Olqanın Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə namizədliyi ilə bağlı Vaşinqtonla razılaşma prosedurları davam edərkən o, Amerika ilə münasibətlərdə tempi qorumağa çalışacaq. Təsdiqləmə prosesi dövründə Stefanişina ABŞ ilə əməkdaşlığın inkişafı üzrə xüsusi komissar kimi çalışacaq".