Ukraynaya yardım büdcəmiz tükənir... - Pentaqon
ABŞ ilkin təsdiqlənmiş hərbi büdcəsinin bir hissəsi kimi Ukraynaya silah tədarükünü davam etdirir, lakin bu vəsait artıq tükənməkdədir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq bildirib.
"Biz Ukraynaya əlimizdən gələn və mövcud prezident büdcəsindən qalan vəsaitlə yardım etməyə davam edirik. Vəsaitlərimiz tükənmək üzrədir", - o bildirib.