Ulduz futbolçu “Qalatasaray”dan getdi - FOTO
Türkiyə Super Liqası komandalarından "Qalatasaray"da gözlənilən ayrılıq baş tutub. meqale.com bildirir ki, klub Hakim Ziyeşlə qarşılıqlı razılaşma əsasında, futbolçunun müqaviləsinə xitam verib.
Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Mərakeş millisinin üzvü ötən il "Qalatasaray"a "Çelsi"dən transfer olunmuşdu.