Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib - FOTO
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianioçu , bəstəkar Ülviyyə Kazımova Almaniyanın Soest şəhər musiqi məktəbi , başda Mr Ulrich Rikusun dəvəti ilə seminarlar və solo konsert programı ilə çıxış edib. Konsertin sonunda dinləyicilərin istəyi ilə həmyerlisi, Soest musiqi məktəbinun şagirdi Rauf Seyidlə duet ifa edib.
Konsertdə Bax, Scarlatti , Metner, yəni klassik musiqi ilə yanaşı, Azərbaycanın zəngin musiqi ruhuna bağlı program - Niyazi, Arif Məlikov ,Ceyhun Allahverdiyev, xalq mahnısı əsasında Rəşid Şəfəq musiqisi və müəllifi olduğu əsərlərini səslənib.
Bununla yanaşı Conrad Von Soest və Archigymnasiumda 2 Seminar baş tutub.
Seminarda Azərbaycanın musiqi mədəniyyəti, piano məktəbinin inkişafı və muğamlarımızın dünyaya inteqrasiya potensialından danışıb.
Muğam intonasiyalarının klassik piano musiqisində necə ifadə oluna biləcəyini canlı musiqi nümunələri ilə təqdim edib.
Fikrət Əmirov "Kürd ovşarı", Yallı nümunəsi, tarda Çahargah muğamı, Vaqif və Əzizə Mustafazdə , Golden recordsa səslənən Kamil Cəlilov ifasında "Şur " muğamı dinlənilib.
Bu musiqilər çox böyük marağa səbəb olub.