Ürəkparçalayan FOTO - İsrailin hücumunun ən kiçik qurbanı

Qəzzada çəkilən foto sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.

Ürəkparçalayan FOTO - İsrailin hücumunun ən kiçik qurbanı
Qəzzada çəkilən foto sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.

meqale.com xarici mətbuata istinadla bildirir ki, ürəkparçalayan görüntülər Rəfah şəhərində lentə alınıb.

Fotoda həkimin doğulmamış körpəni kəfənə bükərək torpağa tapşırması əks olunub.

İsrailin hava hücumu nəticəsində həlak olan 7 aylıq hamilə qadın bətnindəki körpəsi ilə yanaşı basdırılıb.

Fələstinli həkim bildirib ki, Arij Marwan al-Banna adlı qadın 7 aylıq hamilə idi, o, doğulacaq qızına Fatimə adını verməyi planlayırdı. Dəhşətli hücum nəticəsində qadının özü və iki qızı həlak olub. Onun bətnindəki uşağın da həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.