Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Meqale.com xarici mediaya istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

Duz - insan orqanizmi üçün önəmli olsa da, ürək üçün zərərlidir. Duzdan aşırı istifadə ürək xəstəliklərinə zəmin yarada bilər.

Kolbasa - xüsusən duz faizi yüksək olan kolbasa və sosislər ürəyə ziyandır.

Qaz yaradan qidalar - bu qidalar ürək xəstəlikləri riskini artırır. Ona görə də, bu kimi qidaları bişirməzdən əvvəl bol su ilə isladı,b tərkibindəki qaz yaradan maddələr çıxana qədər suda gözlətmək lazımdır.

Spirtli içki - bu içkilər bütün həyati orqanlar üçün təhlükəlidir. Ürək xəstəliyi olan insanlar üçün xüsusən zərərlidir və ani ürək durmasına da səbəb ola bilir.