Uşaq bağçalarından Nazirlər Kabinetinədək: ya Paşinyanı dəstəklə, ya da işdən çıxarılacaqsan...

Ermənistanın baş naziri Nikol Paşinyan sədri olduğu və iqtidardakı "Mülki Müqavilə" partiyasının üzvü olmayan bütün məmurların vəzifələrindən azad edilməsinə göstəriş verib.

Bununla yanaşı, "Mülki Müqavilə"nin ideyalarını bölüşməyən, Paşinyan iqtidarını dəstəkləməyən və "hələ də bitərəf qalmağa üstünlük verən" məmurlar da işlərindən kənarlaşdırılacaq.

Nikol Paşinyan hesab edir ki, "Mülki Müqavilə" sıralarında yer almayan məmurlar onun sadiq tərəfdaşları ola bilməzlər və bu səbəbdən də "ölkənin idarəetmə sistemində həmin məmurlara yer yoxdur".

Xatırladaq ki, dekabrın 11-də İrəvanda 11 uşaq bağçasının müdiri "Mülki Müqavilə"nin üzvləri olmadıqları üçün vəzifələrindən azad olunmuşdular.

Ermənistanda "demokratiya və Qərb dəyərlərinin təşviqi" adı altında primitiv, əsl erməni stilli diktatura formalaşmaqdadır. Hakim partiyanın üzvü olmayan, Paşinyanı dəstəkləməyən və onu tərifləməyən heç bir məmur, heç bir dövlət qulluqçusu əmin davrana bilməz. Çünki onu istənilən an vəzifəsindən kənarlaşdıra bilərlər.

Məhz bu səbəbdən İrəvanda siyasi qarşıdurma artıq pik həddə çatır, müxalifətlə iqtidar arasındakı uçurum dərinləşərək qarşılıqlı nifrətə çevrilir.

İsmayıl Əliyev meqale.com