31 yaşlı Aysel 26 gündür tapılmır - FOTO
Sumqayıtda 31 yaşlı qadın itkin düşüb.
meqale.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya həmin şəxsin yaxınları məlumat verib.
Bildirilib ki, 1994-cü il təvəllüdlü Aysel Quliyeva noyabrın 12-si evdən çıxıb və hələ də geri qayıtmayıb.
Qeyd edilib ki, əynində qara, qolsuz kurtka və qara hicab olub. Son dəfə noyabrın 17-si günorta saatlarında Binəqədi ərazisində görülüb.