Bu il reklam dünyası nə ilə yadda qaldı?

"Bu il reklam dünyasında ən çox diqqət çəkən dəyişiklik süni intellektin və müasir vizual texnologiyaların geniş istifadə olunmasıdır".

Bu il reklam dünyası nə ilə yadda qaldı?
"Bu il reklam dünyasında ən çox diqqət çəkən dəyişiklik süni intellektin və müasir vizual texnologiyaların geniş istifadə olunmasıdır".

meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Admedia reklam şirkətinin xüsusi layihələr üzrə mütəxəssisi Elçin Rüstəmli deyib.

O qeyd edib ki, brendlər artıq yalnız bir mesaj vermir, izləyici üçün maraqlı və yadda qalan təcrübə yaratmağa çalışırlar.

"Buna görə də 3D ekranlar, qısa və dinamik videolar, həmçinin real istifadəçilərin çəkdiyi kontentə əsaslanan kampaniyalar daha populyar olur. Reklamda ikinci mühüm istiqamət isə lokallıqdır - yəni yerli hekayələrdən, mədəni elementlərdən və insanların gündəlik danışıq tərzindən istifadə edilməsi. Bu, kampaniyaları həm daha səmimi edir, həm də auditoriyanın reaksiyasını gücləndirir.

Admedia olaraq biz də bütün layihələrimizdə bu yenilikləri tətbiq edirik. Süni intellekt alətlərindən istifadə edir, vizual tərəfi gücləndirən texnologiyalarla işləyir və hər brend üçün yerli üsluba uyğun kreativ həllər hazırlayırıq. Məqsədimiz şirkətlərin bazarda daha görünən, daha təsirli və daha uğurlu olmasına dəstək olmaqdır.