"Uşaqları bu işə həvəsləndirmirəm"
1994-cü ildə "Sevginin gücü" filmi ilə 12 yaşında kino dünyasına qədəm qoyan tanınmış aktrisa Natali Portman uşaq aktyorlara Hollivuddakı iş şəraiti ilə bağlı xəbərdarlıq edib.
meqale.com teleqraf.com-a istinadən bildirir ki, aktrisa bu barədə müsahibəsində deyib:
"Onları bu işə həvəsləndirməzdim. "Heç vaxt" demirəm, "uşaq" deyirəm. Uşaq aktyor kimi heç bir zərər görməməyim tamamilə şans işidir. Təbii ki, mənim də həddindən artıq qoruyucu valideynlərim var idi".