Valideynlərin nəzərinə! - Bu uşaqlara peyvənd vurulacaq

Qızılca xəstəliyi ilə bağlı yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, qızılca peyvəndindən kənarda qalan uşaqların tibb müəssisələrində siyahısı hazırlanaraq, onların peyvəndə cəlb olunması davam edir.

Bu barədə meqale.com-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qızılca peyvəndi uşaqlara 12 ayında və 6 yaşında vurulur.

Uşaqların qızılca peyvəndindən kənarda qalmasının səbəbinə gəldikdə mərkəzdən bildiriblər ki, uşaqların qızılca peyvəndindən kənarda qalması və yoluxma hallarının artması, əsasən, valideynlər tərəfindən vaksinlərə inamın olmaması, əsassız imtina hallarının olması, COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması və s. ilə izah olunur.

Mərkəzdən bildiriblər ki, belə halların qarşısını almaq məqsədilə valideynlər arasında peyvəndlərin vacibliyi haqqında maarifləndirmə işləri davam edir.