Van Damm 89 yaşlı valideynləri ilə nadir FOTOlarını paylaşdı
Məşhur Hollivud aktyoru Jan-Klod Van Damm sosial şəbəkədə valideynləri ilə nadir fotolarını paylaşıb.
meqale.com oxuya istinadən xəbər verir ki, "İkinizə də sahib olduğum üçün xoşbəxtəm", - deyə aktyor paylaşıma şərh verib.
Jan-Klod Van Dammın ata və anası 89 yaşındadırlar və Belçikada yaşayırlar. Aktyor etiraf edib ki, valideynlərini ABŞ-yə köçməyə razı sala bilməyib, ona görə də onlara tez-tez baş çəkməyə çalışır.