Vaqifgilin tutduqları hər işi bilirdim - şahid - VİDEO

Vaqif məni yaxşı tanıyır. Onların tutduqları hər işi bilirdim. Çünki dillərini bilirdim.

Vaqifgilin tutduqları hər işi bilirdim - şahid - VİDEO
Vaqif məni yaxşı tanıyır. Onların tutduqları hər işi bilirdim. Çünki dillərini bilirdim.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində növbəti zərərçəkən Şahin Kazımov bildirib.

"Amma bunu bildirəcək imkanımız yox idi. Onların xisləti budur. Bu qədər qırğınlara səbəb olan şəxs elə cəza verilməlidir ki, ölənə kimi zülüm çəksin", - deyə o bildirib.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezi bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.