Vasili Qolubev İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Vasili Qolubev İlham Əliyevi təbrik edib
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Qoy Sizə xas olan möhkəm iradə, təcrübə, liderlik keyfiyyətləri, həmkarlarınızın hörməti, həmyerliləriniz arasında nüfuzunuz gələcəkdə də Azərbaycanın iqtisadi və sosial inkişafına xidmət etsin!

Rostov vilayəti əməkdaşlığı, respublikanızla və onun regionları ilə yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirir.

Sizə cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram".

meqale.com