Vatikan məyusdur

Vatikan Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki "müəyyən səhnələrdən" məyus olub.

Vatikan məyusdur
Vatikan Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki "müəyyən səhnələrdən" məyus olub.

APA-nın xəbərinə görə, bu, Vatikanın rəsmi bəyanatında əksini tapıb.

Qeyd edilib ki, çoxlu xristian və başqa dinlərə inananlar Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən inciyib və Vatikan bu etirazlara qoşulmaya bilməz: "Ortaq dəyərləri birləşdirən belə bir mötəbər tədbirdə dini inancları təhrif edən metaforalara əl atıla bilməz".