Vatsap növbəti funksiyasını təqdim etdi
Vatsap növbəti funksiyasını təqdim edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Artıq istifadəçilər həmsöhbətlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər. Bunun üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini sıxıb saxlamaq lazımdır. Göndərilən görüntülər dairəvi şəkildə olacaq.
Sözügedən funksiya yaxın zamanda tam istifadəyə veriləcək.