Vəndam kəndində insanlar hələ İNTERNET GÖRMƏYİB... - VİDEO

Qəbələnin Vəndam qəsəbəsində insanlar internet pulu ödəsələr də internetdən istifadə edə bilmirlər.

Vəndam kəndində insanlar hələ İNTERNET GÖRMƏYİB... - VİDEO
Qəbələnin Vəndam qəsəbəsində insanlar internet pulu ödəsələr də internetdən istifadə edə bilmirlər.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, sürəti çox zəif olan, ara-bir internetin kəsilməsi sakinləri təngə gətirib.

Vətəndaşlar deyir ki, dəfələrlə aidiyyəti üzrə müraciətlər etsələr də vəziyyət düzəlmir.

Problem ola-ola üstəlik sakinlərdən internet pulu da yığılır. Ödənişi vaxtında edən qəsəbəlilər internet istəyirlər.

Məsələ ilə bağlı Qəbələ rayon telikomunikasiya qovşağının Xətt qurğuları üzrə mühəndisi  Arzu Əlibəyov bildirdi ki, hazırda yolun yenidən qurulması ilə əlaqədar tez tez internet xətti  zədələnir. Hazırda xəttlər  bərpa olunur. Vəndam böyük qəsəbədir, orda internetin yenidən qurulması işlərinə başlanılıb. Dirəklər basdırılır xətlər çəkiləcək.

İşlərin ilin sonunadək tamamlayacağı bildirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: