Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO
Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum kənd qəbirsitanlığında dəfn edilib.
Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, "Kəlbəcərin azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.