Vətəndaşlar dərmanları daha ucuz qiymətə alacaqlar

Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna dəyişikliyin bu sahədə olan çatışmazlıqları aradan qaldıracağına əminəm. Məlum məsələdir ki, əvvəllər dərman vasitələrinə vahid qiymət tətbiq olunurdu. Yeni qərardan sonra dərman vasitələri üçün təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunacaq və bu qiymətdən ucuza da satıla biləcək. Bununla da əczaçılıq standartlardan uzaqlaşıb rəqabətliliyə meyl edəcək. İstər istəməz bu rəqabətlilik vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməyinə şərait yaradacaq.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, digər vacib bir məsələ isə dərmanların qeydiyyatdan keçirilməsi prosesi idi.

"Əvvəl bir dərman qeydiyyatdan keçməsi üçün 9 aya yaxın bir müddət tələb olunurdu. Artıq bu qanunla bu müddətin 4 aya endirilməsi də vətəndaşlar üçün dərman preparatlarını əlçatan edəcək. Azərbaycan bu sahədə daha çox idxaldan asılıdır. Buna görə də həm standart qeydiyyat prosesinin, həm də xarici qeydiyyatın müddətinin azaldılmasına ehtiyac var idi", - deyə deputat bildirib.