Vidadi Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verildi
Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışmış Vidadi Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilib.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb onun Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilməsidir.
Qeyd edək ki, V.Məmmədov ədliyyə naziri Fərid Əhmədovun imzaladığı əmrlə nazirliyin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib. 50 yaşlı Məmmədov 2022-ci ildən yeni təyinatadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.