Vuçiçi ölümlə təhdid edən şəxsi saxlanıldı

Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçi öldürməklə təhdid edən Draqan Miyatoviç adlı şəxs saxlanılıb.

Vuçiçi ölümlə təhdid edən şəxsi saxlanıldı
Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçi öldürməklə təhdid edən Draqan Miyatoviç adlı şəxs saxlanılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Həmin şəxsin barəsində məlumatlar ölkənin Baş Prokurorluğuna göndərilib.

Məlumatda o da bildirilib ki, Slovakiya Baş nazir Robert Fitsoya sui-qəsddən sonra Prezident Vuçiçin də ünvanına təhdidlər gəlməyə başlayıb. Nəticədə polis xüsusi əməliyyat keçirib və Miyatoviç tutulub.

Qeyd edək ki, bir qədər əvvəl hökumət başçısı Robert Fitso sui-qəsd nəticəsində sinə və qarın nahiyələrindən güllə yarası alıb. Həkimlərin bildirdiyinə görə Baş nazirin vəziyyəti stabil olsa da həyati təhlükəsi davam edir.

Sui-qəsdi həyata keçirən şəxsin yazıçı Yuray Sintula olduğu açıqlanıb və o, həbs edilib.