Vüsal Albaniyada daha bir qol vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb. 

Vüsal Albaniyada daha bir qol vurdu
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb. 

meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, komanda 10-cu turda səfərdə "Skenderbeu" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

İsgəndərli meydana start heyətdə çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə Vüsal vurub. O, 53-cü dəqiqədə isə sarı vərəqə alıb. 

Qeyd edək ki, "Eqnatiya" hazırda 20 xalla 1-ci pillədə qərarlaşıb.