“WhatsApp”dan növbəti yenilik - FOTO
"WhatsApp" 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiyasını test edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu versiyaya "Oxunmamış", "Şəxsi" və "Biznes" filtrləmə seçimləri daxildir. 2.23.19.7 beta versiyasında filtrləmə seçimləri dəyişdirilib.
Yeni ekran görüntüsünə baxdıqda "Şəxsi" və "İş" filtrləmə seçimləri silinib. Əvəzinə "İnsanlar" və "Qruplar" seçimləri əlavə edilib. "Oxunmamış" seçimində heç bir dəyişiklik edilməyib. Yeni funksiya sayəsində istifadəçilər söhbətləri daha tez tapa biləcəklər. Beləliklə, söhbətlərə daxil olmaq üçün uzun müddət axtarış etməyə məcbur qalmayacaqsınız.