X İranın məhkəmə sisteminin saytına qadağa qoydu

X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib.

X İranın məhkəmə sisteminin saytına qadağa qoydu
X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Mizan" saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, saytın hesabı davamlı olaraq nifrət mahiyyətli materiallar yaydığı üçün bloklanıb.

Bununla yanaşı, "Mizan" X sosial şəbəkəsində yeni hesab aça bilməyəcək.