“X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq
"X" sosial şəbəkəsi məxfilik siyasətini yeniləyib və istifadəçinin razılığı ilə onların biometrik və məşğulluq tarixçəsi məlumatlarını toplamağa başlayacaq. Yeni qaydalar şirkətin saytında yerləşdirilib.
"Razılığınızla biz sizin biometrik məlumatlarınızı istifadəçilərin təhlükəsizliyi və identifikasiyası üçün toplayıb istifadə edə bilərik", - deyə məlumatda qeyd olunub.