Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək - RƏSMİ AÇIQLAMA - FOTO

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək:

"Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər".