Xaçmazda evdən naməlum qadın meyiti tapıldı
Xaçmazda evdən qadın meyiti tapılıb.
meqale.com report-a istinadən xəbər verir ki, Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, o, bir neçə gün öncə ölüb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.