Xaçmazın 4 kəndi yanır
Xaçmaz rayonunun dörd kəndində yanğın başlayıb.

Yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə başlayıb.
Ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmazla yanaşı, Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.
Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.