Xalq artisti 6 il sonra geri qayıtdı

Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına qayıdıb.

Xalq artisti 6 il sonra geri qayıtdı
Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına qayıdıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, xanəndə yeni mövsümlə bağlı teatrda keçirilən iclasda yer alıb. N.Teymurova daha sonra teatrdakı fəaliyyətinə yenidən başladığını təsdiqləyib. 

Qeyd edək ki, xanəndə 2017-ci ildə öz ərizəsi ilə teatrdan ayrılmışdı. O, "Leyli və Məcnun" operasında Leyli obrazını oynayırdı.