Xalq artisti ilə 19 yaşlı sevgilisinin toyu bu tarixdə olacaq
Rusiya şou-biznesinin ən çox danışılan cütlüyü Qriqori Leps və Avrora Kiba cəmi bir neçə aydan sonra münasibətlərini rəsmiləşdirəcək.
meqale.com xəbər verir ki, müğənni toy tarixini açıqlayıb. O bildirib ki, toyu ad günündə etməyi planlaşdırır. Rus mediası isə onun ad gününün iyunun 16-da olduğunu bildirib. Belə ki, Lepsin iyunun 16-da 19 yaşlı sevgilisi ilə nikah masasına oturacağı deyilib.
"Yaxşı toy olacaq. İstənilən yerdə edilə bilər. İstənilən müqəddəs yerdə planlaşdırırıq. Məsələn, kilsədə, niyə də yox" deyə, Qriqori söyləyib.