Xalq artisti infarkt keçirdi - FOTO

Rusiyanın xalq artisti, məşhur aktyor və müğənni Mixail Boyarski Peterburqda Marinski xəstəxanasına yerləşdirilib.

Xalq artisti infarkt keçirdi - FOTO
Rusiyanın xalq artisti, məşhur aktyor və müğənni Mixail Boyarski Peterburqda Marinski xəstəxanasına yerləşdirilib.

meqale.com kult.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Aktyorun oğlu Sergey bildirib ki, atası infarkt keçirib, həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirir.

Qeyd edilir ki, bu ay ikinci dəfə xəstəxanaya yerləşdirilən M.Boyarskinin 26 dekabrda 74 yaşı tamam olub. O, hələ də teatr və kinoda fəaliyyətinə davam edirdi.