Xalq artisti övladları ilə FOTOlarını yaydı
Xalq artisti Gülyanaq Məmmədova oğlu Fikrətlə bağlı paylaşımı ilə diqqət çəkib.
meqale.com-ın məlumatına görə, tanınmış müğənni sosial şəbəkə hesabında övladının ad günü olduğunu açıqlayıb. O, övladlarının yer aldığı fotoları izləyiciləri ilə bölüşərək Fikrəti ad günü münasibətilə təbrik edib.
Paylaşımda sənətçi oğluna ünvanladığı səmimi sözlərlə duyğularını ifadə edib: "Doğum günün mübarək, əziz Fikrət balamız".
Qeyd edək ki, Ziya adlı şəxslə ailəli olan Gülyanaq Məmmədovanın dörd övladı var.