“Teşkilat”ın aktyoru vəfat etdi - FOTO
Türkiyənin tanınmış teatr və kino aktyoru Koray Ergün 68 yaşında vəfat edib.
meqale.com xəbər verir ki, Koray Ergün bir müddətdir beyin şişi diaqnozu ilə xəstəxanada müalicə alıb.
Aktyor ötən ilin fevral ayında sağ əlində yaranan zəiflik səbəbilə xəstəxanaya yerləşdirilmiş, aparılan MRT və KT müayinələri zamanı beynində diametri 3 santimetr olan şiş aşkarlanmışdı. 6 fevral 2025-ci ildə təxminən 5 saat davam edən mikrocərrahi əməliyyat nəticəsində şişin tam çıxarıldığı bildirilmişdi.
Qeyd edək ki, uzun illər Türkiyə teatrı və televiziyasına xidmət edən Koray Ergün Ankara İncəsənət Teatrı (AST) və Ekin Teatrı kimi nüfuzlu teatr kollektivlərində fəaliyyət göstərib. O, çoxsaylı teatr tamaşaları, film və televiziya layihələrində canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.