Xalq artisti xərçəngə qalib gəldi
Rusiyanın 74 yaşlı Xalq artisti Boris Şerbakov xərçəngə qalib gəlib.
meqale.com Axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Shot" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, həkimlərin son müayinəsi zamanı müsbət nəticə əldə olunub.
Qeyd edək ki, fevralda aktyorun böyrəyində bədxassəli şiş aşkarlanıb. O, əməliyyat olunub və zədələnmiş orqanı da çıxarılıb.