"Xalq" və "Əməkdar" adı olanlar bu qədər təqaüd alır - MƏBLƏĞ

Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.

Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.

meqale.com metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən ilin əvvəlinə görə, "Xalq" fəxri adına görə 263 nəfər 180 manat təqaüd alır.

"Əməkdar" fəxri adına görə isə ölkədə 4625 nəfər 120 manat təqaüd alır.